Magistraturada təhsil almaq hüququna bakalavr təhsilini müvəffəqiyyətlə başa vurmuş və ali təhsil haqqında diplomu olan şəxslər malikdirlər.
Magistraturada təhsil alan tələbələr ixtisasdan asılı olaraq 39-45 kredit (tezis işi üçün 6 kredit də daxil olmaqla) toplamalı və onların ixtisas fənləri üzrə orta qiyməti (GPA) 75 və ya yuxarı olmalıdır.
Qeyd: Magistraturada tələbələrin dissertasiya işi tədqiqat əsaslı olmalı və beynəlxalq bazalarda indeksləşmiş jurnallarda dərc olunacaq məqalənin hazırlanmasına hesablanmalıdır.
MAGİSTRATURA PROQRAMLARI
MS Proqramları
060631 Kompüter mühəndisliyi
060509 Kompüter elmləri
060627 Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi
060606 Neft-qaz mühəndisliyi
MA proqramları
060201 Filologiya
060203 Tərcümə
060208 Politologiya
060211 Regionşünaslıq
060213 Beynəlxalq münasibətlər
060209 Psixologiya
060119 Pedaqogika
060407 Menecment