Doktorant və dissertantların tezis təqdimatı olacaq

2018-ci il il noyabrın 13-ü saat 10:00-da Xəzər Universitetində doktorant və dissertantların tezis təqdimatı (10 dəqiqə təqdimat + 5 dəqiqəlik sual-cavab sessiyası olmaqla) təşkil ediləcək.

Bütün PhD-lər və müvafiq departament müdirlərinin iştirakı vacibdir.

Hesabatın multimediada, PowerPoint təqdimatında olması tövsiyə olunur.

Təqdimat slaydlarında aşağıdakı məlumatların olması tövsiyə edilmişdir:

  1. Mövzu haqqında qısa məlumat
  2. Məqsəd və vəzifələr
  3. İstifadə olunan üsullar
  4. Gözlənilən nəticələr
  5. İddiaçının nəşrləri və ya iştirak etdiyi konfransın adı (əgər varsa)

Seminarın gündəliyini doldurmaq üçün departament müdirlərinin mövzuların və iştirakçıların adlarını 2018-ci il noyabrın 5-i saat 17:00-dək Moozhan Serpoush (moozhan.serpoush@khazar.org) və ya Səbinə Şərifovaya (ssharifova@khazar.org) göndərməsi xahiş olunur.

Film about Khazar University