2016-ci il martın 16-da 10:00-da Xəzər Universitetində (otaq 102N) təlim-seminar keçiriləcək. Təlim-seminarın “Əlilliyi olan şəxslərin Azərbaycanın ali təhsil müəssisələrinə inteqrasiyasının təməlinin qoyulması” (ESFIDIP) adlı Tempus layihəsi çərçivəsində Xəzər Universitetində dərs deyən müəllim heyəti üçün keçirilməsi nəzərdə tutulmuşdur. Təlim-seminarın əsas məqsədi əlilliyi olan tələbələrə dərs deyən müəllimləri əlillik, onun xüsusiyyətləri, onlara yanaşma tərzi və tədris metodikası haqqında maarifləndirməkdir. Təlimi Humanitar və Sosial elmlər fakülətisinin dekan müavini Mələk Kərimova aparacaq.
Tədbir zamanı layihə və yeni yaradılmış “Əlilliyi olan Tələbələr üçün Mərkəz” haqqında məlumat veriləcəkdir.
Təlim-seminarda iştirak etmək istəyən bütün müəllim heyəti dəvətlidir.