2016-cı il martın 9-u saat 16.00-da (otaq 406 N) Xəzər Psixoloji Xidmət Mərkəzi “Çətin insanlarla asan münasibət” adlı seminar keçirəcək.
Seminarda şəxsiyyət pozuntuları, şəxsiyyət tipləri, temperament, mənlik, kimlik, təsirli ünsiyyət yolları ilə əlaqədar mövzulara toxunulacaq.
Təlim Xəzər Psixologiya departamentinin müəllimləri Mələk Kərimova və Nərmin Osmanlı tərəfindən keçiriləcəkdir.
Təlim ödənişsizdir.