Xəzər Universitetinin arCc (İqlim dəyişikliyi üzrə öhdəliklər ətrafında təmərküzləşən) layihəsi çərçivəsində “iqlim dəyişikliyi şəraitində şəhər və kənd yerlərində sudan istifadə məsələləri” adlı ilk seminar dosent, Coğrafiya və Ətraf Mühit Departamentinin müdiri Dr.Rövşən Abbasov tərəfindən keçiriləcəkdir. Seminar 7 iyul 2021-ci il tarixində saat 16:00-da baş tutacaq.
arCc layihəsi Creative Commissions-a açıq müraciət ilə Britaniya Konsulluğu tərəfindən maliyyələşdirilir və dəstəklənir. Layihənin məqsədi əməkdaşlıq təşəbbüsləri irəli sürərək iqlim dəyişikliyinə münasibət bildirməkdir. Bunun üçün layihə iqlim dəyişikliyi ilə bağlı məlumatlılığın artırılmasına və insanlara iqlim dəyişikliyinə təsirləri ilə bağlı öz məsuliyyətlərini dərk etməkdə kömək etməyə əsaslanır. Layihə 13 ölkəni təmsil edən 14 tərəfdaşın birgə təşəbbüsünün nəticəsidir. Layihə ilə bağlı ilk fikir, COVID-19 pandemiyası zamanı Middlesex Universiteti ilə Xəzər Universitetinin Britaniya Konsulluğunun Creative Spark proqramı çərçivəsində əməkdaşlığ zamanı ortaya çıxmışdır. Layihə çərçivəsində hər bir tərəfdaş tərəfindən silsilə seminarlar keçirilməsi nəzərdətutulur. Bizim ilk töhfəmiz Dr.Rövşən Abbasovun rəhbərlik etdiyi seminarla başlayır. Aşağıda onun tərcümeyi-halı verilmişdir.
Dr. Rövşən Abbasov dosent və eyni zamanda da Coğrafiya və Ətraf mühit departamentinin müdiridir. O, Qafqaz və Orta Asiyada biomüxtəliflik və təbiətin qorunması və ekosistem çirklənməsi ilə bağlı çoxsaylı elmi məqalələrin müəllifidir. Onun "Bakıdakı suyun dəyəri", "Kiçik çay idarəçiliyinə ekoloji məhdudiyyətlərin tətbiqi", "Azərbaycanda icma əsaslı fəlakət risklərinin idarəedilməsi", "Azərbaycanın su sektorundakı iqlim dəyişikliklərinin əsaslandırılması" kimi tədqiqat işləri nüfuzlu jurnallarda dərc olunmuşdur.
O, IPBES (Biomüxtəliflik və ekosistem xidmətləri üçün dövlətlərarası elm-siyasət platforması) Multidisciplinary Expert Panel şurasının üzvüdür və ekspert kimi müxtəlif IPBES qiymətləndirmələrini nəzərdən keçirir. O, eyni zamanda, IPBES-də Ssenarilər və Modellər üzrə İş Qrupunun üzvü kimi də fəaliyyət göstərir. O, Təmiz Yer Kürəsi Beynəlxalq Təşkilatının Azərbaycandakı nümayəndəsidir və illərdir Qafqaz və Orta Asiyada müxtəlif layihələrdə iştirak edir. UNDP, GIZ, UNICEF, WWF, Təmiz Yer Kürəsi və Dağ Tərəfdaşlığı da daxil olmaqla tanınmış təşkilatlarla əməkdaşlıq etmişdir. Layihə idarəetməsi sahəsində də çox böyük təcrübəyə malikdir; Təmiz Yer Kürəsi təşkilatının Azərbaycandakı koordinatoru olmuş, TSIP (Zəhərli Sahə Tanıma Proqramı) layihəsi çərçivəsində bütün fəaliyyətlərə rəhbərlik etmişdir. Dr.Rövşən Abbasov iki təmizlik və çirkli ərazilər zəhərli tullantılardan təmizlənməsi layihəsinin koordinatoru olmuşdur.