4 may saat 17:00 tarixində “Youth Inc.” Sahibkarlıq Proqramının təşkilatçılığı ilə “from Start to Smart” sahibkarlığa dəstək layihəsi çərçivəsində Xəzər Universitetinin tələbələri üçün məlumatlandırıcı seminar keçiriləcək.
Seminara aşağıdakı link vasitəsilə qoşula bilərsiniz:
Join Zoom Meeting
https://us02web.zoom.us/j/9329566215?pwd=dE9KUEQ3TWlrMGxXZmZiYk1MM2J1UT09
Meeting ID: 932 956 6215
Passcode: 000000
“from Start to Smart” layihəsi
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Aqrar Kredit və İnkişaf Agentliyinin dövlət dəstəyi, “Global Water Challenge” və “Coca-Cola” Fondunun nəzdində fəaliyyət göstərən “New World” Proqramın maliyyə dəstəyi və “Youth Inc.” Sahibkarlıq Proqramının təşkilatçılığı ilə “from Start to Smart” sahibkarlığa dəstək layihəsi həyata keçirilir!
“from Start to Smart” - 9 aylıq müddəti əhatə edən sahibkarlığın, startapların inkişafına yönələn və mövcud su problemlərin innovativ həllinə istiqamətlənən 4 mərhələli bir layihədir. #İdeyaGenerasiyası, #Preinkubasiya, #İnkubasiya və #Final mərhələlərindən ibarət layihə müddətində ideyaların yaradılması, həmin ideyalar əsasında prototipin ərsəyə gəlməsi və sonda investisiya əldə etmək imkanları sizi gözləyir.
Sahibkarlıq və startaplar haqda məlumatlılığın və fəaliyyətin artırılması, Azərbaycanda su ehtiyatlarının düzgün idarə olunmasının vacibliyinin çatdırılması, regionlarda mövcud su problemlərinə innovativ həll yollarının tapılması və yeni iş imkanlarının yaradılması layihənin istiqamətlərini təşkil edir.
Layihəyə qeydiyyatdan keçmək üçün linkə keçid ala bilərsiniz: https://starttosmart.youthinc.az/
Son qeydiyyat tarixi: 10 may 2021