21 may 2021-ci il tarixində saat 16:00-da Xəzər Universiteti Təlim və Tədris Mərkəzinin təşkilatçılığı ilə magistr, doktorant tələbələr, akademik heyət və tədqiqatçılar üçün nəzərdə tutulmuş növbəti virtual tədqiqat seminarı keçiriləcəkdir. Seminar Qazi Universiteti, Kompüter Mühəndisliyi departamentinin əməkdaşı Dr. Adem Tekerekin təqdimatında “Süni intellekt və kiber təhlükəsizlik” mövzusunda olacaqdır.
Seminar MS Teams proqramında keçiriləcəkdir və seminar türk dilində olacaqdır. İştirak etmək istəyənlər qeydiyyatdan keçmək və əlavə məlumat almaq üçün Ülkər Bayramova (ubayramova@khazar.org) ilə əlaqə saxlaya bilərlər.
Tədbirə MS teams proqramında və aşağıdakı link vasitəsilə qoşulmaq olar:
Microsoft Teams meeting
Join on your computer or mobile app
Click here to join the meeting
Dr. Adem Tekerek haqqında qısa məlumat:
Dr. Adem Tekerek, Qazi Universiteti, Texnologiya Fakültəsi Kompüter Mühəndisliyi Bölməsində dosentdir. 2007-ci ildə Texniki Təhsil Fakültəsi Kompüter Sistemləri Təhsili Bölməsini bitirmiş və 2010-cu ildə İnformatika İnstitutunun magistr proqramını bitirmişdir. Magistr tezisi İnstitusional Məzmun İdarəetmə Sistemləri haqqındadır. Dr. Tekerek, 2016-cı ildə İnformatika İnstitutunda doktorluq dərəcəsini almışdır. Doktorluq dissertasiyasının mövzusu Veb ətbiqi güvənlik səddi alqoritmləridir. Kompüter elmləri üzrə 28 məqaləsi çap edilmişdir. Tədqiqat sahəsi süni zəka, maşın öyrənmə, dərin öyrənmə, məlumat mədənçiliyi və bunların xüsusən də informasiya təhlükəsizliyi tətbiqetmələridir.