Dövlət İmtahan Mərkəzi xarici dil üzrə, həmçinin əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün Azərbaycan dilindən fəlsəfə doktoru imtahanı (minimum imtahanı) keçirəcək.
Xarici dil, habelə əcnəbi və vətəndaşlığı olmayan iddiaçılar üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanının məzmunu, imtahanın keçirilmə qaydası, nəticələrinin qiymətləndirilməsi meyarları və keçid balı Komissiya ilə razılaşdırılmaqla, DİM tərəfindən müəyyənləşdirilir.
İmtahanına qeydiyyatın internet vasitəsilə 2021-ci il yanvarın 26-dan fevralın 7-dək aparılması nəzərdə tutulur.
İmtahanda iddiaçıların xarici dilə, əcnəbi və vətəndaşlığı olmayan iddiaçıların Azərbaycan dilinə yiyələnmə səviyyəsini qiymətləndirmək üçün aşağıdakı blokların təqdim edilməsi nəzərdə tutulur:
İmtahanda toplanıla biləcək maksimal bal 50-yə bərabərdir. Hər bir blok üzrə balların minimum 20 faizini, ümumilikdə imtahandan isə azı 25 bal toplamış namizədlər və iddiaçılar imtahanın nəticəsinə qoyulan tələbi ödəmiş hesab edilirlər.
Xarici dillər üzrə doktoranturaya qəbul və fəlsəfə doktoru, həmçinin əcnəbi və vətəndaşlığı olmayan iddiaçılar üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanlarının 2021-ci ilin fevral ayında keçirilməsi planlaşdırılır.
Ətraflı məlumatı aşağıdakı linkə daxil olmaqla əldə etmək olar: