31 yanvar 2021-ci il tarixində saat 18:00-da Xəzər Universiteti Təlim və Tədris Mərkəzi ilə təşkilatçılığı ilə magistr, doktorant tələbələr, akademik heyət və tədqiqatçılar üçün nəzərdə tutulmuş virtual tədqiqat seminarı keçirəcəkdir. Seminar Qazi Universiteti Təhsil fakültəsi, Kompüter Təhsili və Təlim Texnologiyaları departamentinin əməkdaşı Dr. Çələbi Ulusoyun təqdimatında “Rəqəmsal mühitəd aktiv öyrənmə” mövzusunda olacaqdır.
Seminar MS Teams proqramında keçiriləcəkdir və seminar Türk dilində olacaqdır.
Microsoft Teams meeting
İştirak etmək istəyənlər qeydiyyatdan keçmək və əlavə məlumat almaq üçün Ülkər Bayramova (ubayramova@khazar.org) ilə əlaqə saxlaya bilərlər.
Dr. Çələbi Uluyol haqqında qısa arayış:
Dr.Çələbi Uluyol təhsilini kompüter sistemləri tədrisi, elektronika və kompüter təhsili üzrə, magistr və doktorluq dərəcəsin təhsil texnologiyası üzrə almışdır. Hal-hazırda Qazi Universiteti, Qazi Təhsil Fakültəsində, Kompüter Təhsili və Təhsil Texnologiyaları bölməsində çalışır. Magistr və doktorantura səviyyələrində kompüter avadanlığı, kompüter şəbəkələri, əməliyyat sistemləri, təlim texnologiyaları və material dizaynı, texnologiya və informasiya idarəetməsi və məsafədən təhsil fənlərini tədris edir. Texnologiyanın təhsilə inteqrasiyasına dair bir çox milli və beynəlxalq məqalə, simpozium məqaləsi və kitabları var. Həm Türkiyədə, həm də xaricdə müxtəlif layihələrdə çalışmışdır. Xüsusilə son dövrlərdə tələbələrin, müəllimlərin və müəllim heyətinin ixtisasartırma təlimlərində iştirak etmişdir. Dr. Uluyol, son beş ildə təhsildə texnoloji inteqrasiya ilə bağlı məktəblər və müxtəlif qurumlarla işləyir. Bu mənada müəllim və şagirdlərin iştirak etdiyi STEM (Elm, Texnologiya, Mühəndislik və Riyaziyyat), robot tətbiqetmələri, 3B dizayn və kodlaşdırma ilə əlaqəli işləri idarə edir və həyata keçirir. Onun təcrübə sahələrindən biri məsafədən təhsildir. Məktəblərdə istifadə olunan distant təhsil platformaları, təlim idarəetmə sistemləri və təlim dizaynı üzərində işləyir.