2020-ci il aprelin 20-də Xəzər Universiteti və Middlesex Universiteti “Creative Spark” layihəsi çərçivəsində Sahibkarlıq sahəsində vebinar təşkil edirlər. Bir saatlıq vebinarda sizə biznes ideyasının tapılması, planlaşdırmaya başlamaq və onu həyata keçirmək sahəsində məlumat veriləcəkdir.
Vebinar Xəzər Universitetinin bütün tələbələri üçün açıqdır və Microsoft Teams proqramı vasitəsilə həyata keçiriləcəkdir.
Oxuduğunuz ixtisasdan asılı olmayaraq daha sahibkar düşüncəli olmağı öyrənmək üçün Bazar Ertəsi bizə qoşulun.
Spiker: Dr Georgios Dafoulas, dosent, Middlesex Universiteti
Mövzu: Sahibkarlıq.
Əlavə məlumat və qeydiyyat üçün sguluyeva@khazar.org email ünvanı vasitəsilə Sabina Quliyeva ilə əlaqə saxlaya bilərsiniz.