2020-ci il martın 12-si saat 15:00-da Xəzər Universitetinin Həyat elmləri departamentinin təşkilatçılığı ilə Uludağ Universitetinin professoru Levent Aydının təqdimatında “Qlobal isinmə, vektorlar və vektor xəstəliklərininin əhəmiyyəti”, “Bal arısı xəstəlikləri və arı məhsullarının təhlükəsizliyi” mövzularında təqdimat olacaq. Tədbir universitetin “Neftçilər” kampusundakı (Məhsəti küç., 41) konfrans zalında (otaq 102N) baş tutacaq. Bütün PhD, magistr və bakalavr tələbələr, həmçinin, mövzu ilə maraqlanan hər kəs tədbirə dəvət olunurlar.