2020-ci il aprelin 15-dən 17-dək Xəzər Universitetinin “Mərmər” zalında Beynəlxalq Təbiəti Qoruma Birliyinin (IUCN) Ekosistemlərin İdarə Edilməsi üzrə Komissiyası, Orta Asiya və Ətraf Mühit Tədqiqatları Mərkəzi, Xəzər Universitetinin təşkilatçılığı ilə Bakı şəhərində Ekosistemin Konservasiyası və İdarə olunması üçün Monitorinq və Qiymətləndirmə üzrə Beynəlxalq Təlim seminarı keçiriləcək.
Təlim seminarının məqsədi ekosistemin qorunması və idarə olunması üçün monitorinq və qiymətləndirmə ilə bağlı mövzularda məlumatlılığı və anlaşmanı artırmaq və bu problemlərin həlli üçün regional ölkələrdə potensialın yaradılmasıdır.
Maraqlanan hər kəs seminara dəvət olunur.
Əlavə məlumatı buradan əldə etmək olar.