2020-ci il fevralın 25-də L’Aquila Universitetinin idarə etdiyi “Regional mobillik üçün şərait yaratmaq və keyfiyyət, uyğunluq və bərabərliyin təminatı” (PAWER) adlı ERASMUS+ layihəsinin Final Konfransı Xəzər Universitetində təşkil olunacaq.
Tədbirdə yerli və xarici tərəfdaş universitetlərin iştirakı nəzərdə tutulur. Konfransda indiyə qədər layihə çərçivəsində görülmüş işlər, təlimlər və s. haqqında məruzələr dinlənəcək.