2020-cil il fevralın 21-i və 22-də Xəzər Universiteti və Səmərqənd şəhərindəki “İpək Yolu” Beynəlxalq Turizm Universiteti birlikdə “Regionların turizm potensialının effektiv istifadəsi: nəzəriyyə, təcrübə və perspektivlər” mövzusunda beynəlxalq turizm konfransı keçiriləcək. Konfransın təşkilatçılardan biri olan Xəzər Universiteti ilə yanaşı, Özbəkistan Respublikası Turizmin İnkişafı Dövlət Komitəsi, Elabuga İnstitutu (Rusiyanın Kazan Federal Universitetinin filialı), Şimali Qafqaz Federal Universiteti (Rusiya) və Kiyev Milli Texnologiyalar və Dizayn Universiteti (Ukrayna) də təşkilatçılar arasındadır.
Elmi-praktik konfransın başlıca məqsədi, Özbəkistanda regionların turizm potensialının effektiv istifadəsi istiqamətində, elmi-metodoloji və praktik tövsiyələrin mübadiləsi üçün beynəlxalq platforma yaratmaqdır. Sözügedən konfrans çərçivəsində təqdim olunan məqalələr Crossref və Google beynəlxalq sistemlərində qeydiyyatdan keçiriləcək və müvafiq DOİ kodları ilə təmin olunacaq.
Konfransın işçi dili ingilis dili olacaq
Beynəlxalq konfrans bu sahələri əhatə edəcək:
Konfransda iştirakla bağlı:
Vacib tarixlər:
Məqalə xülasəsi (abstrakt) müraciəti üçün son tarix: 1 fevral 2020-ci il
Məqalə xülasəsi (abstrakt) statusu elanı üçün tarix: 5 fevral 2020-ci il
Məqalə (tamamlanmış) müraciəti üçün son tarix: 10 fevral 2020-ci il
Məqalə statusu elanı üçün tarix: 13 fevral 2020-ci il
Ödəniş üçün son tarix: 15 fevral 2020-ci il.
Beynəlxalq konfransda iştirak etmək istəyən şəxslər “İpək Yolu” Beynəlxalq Turizm Universitetinin veb-səhifəsində qeydiyyatdan keçməli (http://www.univ-silkroad.uz/en/site/139) və məqalələri bu elektron poçt ünvanlarına göndərməlidirlər: farkhod68@gmail.com və ya economics@khazar.org.
Məqalə xülasəsi və məqalə haqqında ətraflı məlumat üçün qeyd olunan elektron poçt ünvanına yazmağınız xahiş olunur: economics@khazar.org.