2019-cu il noyabrın 13-ü saat 14:00-da Xəzər Psixoloji Xidmət Mərkəzinin təşəbbüsü ilə “Əngəlsiz Düşüncə Sosial İnkişafa Yardım” İctimai Birliyi və “Yaponiya sənətləri və idman növləri” dərnəyinin rəhbəri Engin Ergin Xəzər Universitetinin “Mərmər” zalında “AİKİDO əngəl tanımır” adlı təlim təşkil edir. Təlimin əsas məqsədlərindən biri əlillik mövzusunda fərqindəliyi artıraraq, əlillərin özünü müdafiə yollarını müşahidə etmək və bu sahəyə olan marağın artırmaqdır. Universitetdə təhsil alan bütün tələbələrin motivasiyasını, idmana marağını artırmaq və əlilliyi olan insanlarla bağlı sağlam düşüncənin formalaşması üçün zəmin yaratmaq təlimin digər məqsədləri arasındadır. Təlimdə ESFİDİP layihəsi çərçivəsində Əlliliyi olan tələbələr üçün yaradılan mərkəz haqqında da məlumatların verilməsi nəzərdə tutulur.
Maraqlanan hər kəs iştirak edə bilər.