2019-cu il oktyabrın 25-i saat 16:00-da Xəzər Universiteti Təlim və Tədris Mərkəzinin təşkilatçılığı ilə PhD və magistr tələbələri üçün nəzərdə tutulmuş növbəti tədqiqat seminarı keçiriləcək. Seminarda Xəzər Universiteti Kitabxana-İnformasiya Mərkəzinin rəhbəri Tatyana Zayseva “Kitabxana elektron resurslarına giriş” mövzusunda təqdimatla çıxış edəcək. Təqdimatda universitetin elektron resursları, elektron kitabxanalara giriş və onlardan necə istifadə etmək haqqında geniş məlumat veriləcək.
Tədbir universitetin “Neftçilər” kampusunda (Məhsəti küç., 41), Ömürboyu Təhsil Mərkəzində (yeni bina, 5-ci mərtəbə) baş tutacaq.
Bütün PhD və magsitr tələbələrini və həmçinin, mövzu ilə maraqlanan universitet əməkdaşlarını tədbirdə iştirak etməyə dəvət edirik. Əlaqə üçün bu e-mail-ə yazmaq olar: ubayramova@khazar.org (Ülkər Bayramova).