Xəzər Universiteti “Potensial məktəb direktorları” təlimlərinə yenidən start verir. Təlimlər 2019-cu il oktyabrın 20-dən etibarən başlayır və universitetin “Neftçilər” korpusunda 3 ay, həftədə 3 dəfə olmaqla keçiriləcək. Təlimləri Xəzər Universitetinin müəllimləri aparacaqlar və sonda iştirakçılara sertifikatlar veriləcək. Təlimlərdə iştirak etmək istəyənlər 421-10-93 (dax. 249) nömrəli telefona zəng etməklə, Lamiyə Piriyeva ilə əlaqə saxlaya bilərlər.