2019-cu il noyabrın 4-ü saat 14:00-da Xəzər Universitetində elm adamlarının, səhiyyə işçilərinin, tədqiqatçıların və tələbələrin iştirakı ilə Ümumdünya Tək Sağlamlıq Gününə həsr olunmuş 3-cü simpozium keçiriləcək.
Tədbir universitetin “Neftçilər” kampusunda konfrans zalında (otaq 102N) olacaq.
Simpoziumun əsas məqsədi Azərbaycanda və dünyada insan, heyvan və ekosistem sağlamlığı məsələlərini araşdırmaq və yaxşılaşdırmaq üçün Vahid Sağlamlığın əhəmiyyətini dərk etmək, bilik və məlumat mübadiləsini təşviq etməkdir.
Tədbirə hər kəs dəvətlidir.