Xəzər Universitetinə müxtəlif departamentlər üzrə tam ştat işçi heyəti axtarılır
Əsas tələblər və bacarıqlar:
- Magistr və ya bakalavr dərəcəsi (xüsusi hallarda)
- Mükəmməl Azərbaycan və ingilis dilləri biliyi
- Təşkilati və yüksək səviyyəli ünsiyyət bacarıqları
- Microsoft Office kompüter proqramlarında peşəkar işləmə bacarığı
- Sənədlərlə işləmək bacarığı
- Hədəflərə çatmaq üçün verilmiş vaxt çərçivəsində işləmək qabiliyyəti
- Rəhbərlik tərəfindən təyin edilmiş, universitetin inkişaf ilə bağlı bütün digər vəzifələri yerinə yetirməsi
İş təcrübəsi:
1 il və ya daha çox (istisnalar da nəzərdən keçirilə bilər)
Qeyd: Əmək haqqı namizədin kvalifikasiyasından asılı olaraq işə qəbul üzrə komissiya tərəfindən müəyyən edilir.
Maraqlanan namizədlər öz CV-ni avqust ayının 26-na qədər contact@khazar.org e-mail ünvanına göndərə bilərlər.