Xəzər Universitetinə Dizayn ixtisası üzrə koordinator vəzifəsinə işçi tələb olunur
Tələblər:
- Dizayn sahəsi üzrə ən azı 3 illik iş təcrübəsi (Fəlsəfə doktoru elmi dərəcəsinə sahib olan namizədlərə üstünlük verilir)
- İdarəetmə və təşkilati bacarıqlar
- Yüksək səviyyəli ünsiyyət bacarıqları
Əsas vəzifələr:
- Departamentin dərs yükünün planlaşdırılması və hazırlanması
- Dərs yükünə uyğun dərslərin təşkili
- Universitet standartlarına cavab verən tədris planının və sillabusların hazırlanması
- Tədris prosesində müasir tədris metodlarından, İKT-dən geniş istifadə olunmasının təmin edilməsi
- Müəllim heyətinin komplektləşdirilməsinin təminatı
- Dərsdən əlavə universitet tədbirlərinin təşkil olunmasında iştirakı
- Rəhbərlik tərəfindən təyin edilmiş, universitetin inkişaf ilə bağlı bütün digər vəzifələri yerinə yetirməsi
Qeyd: Əmək haqqı namizədin kvalifikasiyasından asılı olaraq işə qəbul üzrə komissiya tərəfindən müəyyən edilir.
Maraqlanan namizədlər öz CV-ni avqust ayının 26-na qədər contact@khazar.org email ünvanına göndərə bilərlər.