Xəzər Universiteti T.C.Kültür və Turizm nazirliyi ilə birlikdə Gəncə Dövlət Universitetində 26 iyul 2019-cu ildə Gəncə şəhərində beynəlxalq gənclik simpoziumu keçirməyi planlayıb.
2018-ci ildə keçirilən “Birinci Beynəlxalq Unudulan Sözlər Həyat Bulsun/Divani Lüğət-it türk” layihənin davamı olan “İkinci Beynəlxalq Unudulan Sözlər yaşadılsın/ Dədə Qorqudun İzində/Sözündə” layihəsi T.C. Kültür ve Turizm Bakanlığı Dəstəkləmə Komisyonunun 21/03/2019 tarix və 248137 saylı qərarı ilə maliyyələşdirilmişdir. Layihə Ankara/Çankaya İlçe Maarif Müdürlüyü koordinasyasında 01.03.2019-15.10.2020-ci ilədək davam edəcəkdir. Bu müddətdə layihə iştirakçıları Türkiyə Cümhuriyyətinin Ankara, Bayburt, Trabzon, Gürcüstan Cümhuriyyətinin Batum, Tbilisi, Azərbaycan Cümhuriyyətinin Qazax, Tovuz, Gəncə, İran İslam Respublikasının Ərdəbil, Gorgan, Kümbetkavus, Təbriz, Xoy, Türkmənistan Cümhuriyyətinin Aşqabad, Mari (Mərv), Özbəkistan Cümhuriyyətinin Buxara, Nəvai, Səmərqənd, Daşkənd, Qazaxıstan Cümhuriyyətinin Türküstan, Çimkənt, Almaatı, Qırğızıstan Cümhuriyyətinin Bişkek, Çolpan Ata, Karakol, Oş şəhərlərində olacaqlar.
Xəzər Universiteti (Azərbaycan), AMEA Folklor İnstitutu, Bayburt bələdiyyəsi (Türkiyə), Türkmənistan Elmlər Akademiyası, Manas Universiteti (Qırğızıstan), Ahmet Yesevi Universiteti (Qazaxstan), Özbəkistan Milli Elmlər Akademiyasının Dil və Ədəbiyyat İnstitutu kimi nüfuzlu elm ocaqları layihəyə dəstək verirlər. Simpoziuma/çalıştaya səkkiz ölkədən 40-dan çox alim, tədqiqatçı və tələbə qatılacaqdır. Layihənin məqsədi Dədə Qorqud dastanlarında adı çəkilən, şəhər, çay, dağ və b. yerləri gənc nəsilə tanıtmaq, onları bu bölgələr haqqında yeni araşdırmalara, tanıtmalara həvəsləndirmək, adı keçən bölgələrdə Dədə Qorqud dastanlarını və Oğuznamələri təbliğ etmək və vətənpərvərlik, millilik duyğuları aşılamaq, millətimizin tarixi dövlətçilik salnaməsini öyrətməkdir. Gənclər peşəkar uzmanların rəhbərliyi altında dastan mətnini yenidən incələməklə yanaşı, bölgələrdən bu mövzuda folklor nümünələri də toplayacaqlar. Layihənin yeniliyi isə ondadır ki, iştirakçılar indiyədək dastanın nəşr edilmiş mətnlərindəki fərqli oxunuşlarını müqayisəli şəkildə öyrənəcəklər. Layihəmizdə əldə edəcəyi təcrübə sonrakı araşdırmalara başlanğıc olacaqdır.
Xəzər Universiteti də Türk dünyası gənclərinin elmlənməsi, maariflənməsi yönündə keçirilməkdə olan bu tədbirdə öz dəstəklərini göstərəcəkdir. Simpozium/çalıştayın 26.07.2019-cu il tarixində keçirilməsi düşünülür. Arzu edən hər kəsi tədbirdə dinləyici olaraq görməkdən məmnun olacağıq.
İKİNCİ BEYNƏLXALQ UNUDULAN SÖZLƏR YAŞADILSIN/ DƏDƏQORQUD İZİNDƏ/SÖZÜNDƏ GƏNCLİK SİMPOZİUM VƏ ÇALIŞTAYININ proqramı
GƏNCƏ
(26. 07. 2019)
(10:00- 11:00) | AÇILIŞ TOPLANTISI |
| Sayğı Duruşu –Himn oxunuşu Dr. Aynur Qəzənfər qızı Xəzər Universiteti Selma Köseoğlu Yasemin Karakaya Bilim ve Sanat Merkezi Əli Şamil/Layihənin Azərbaycan üzrə elmi rəhbəri Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutu Xarici Əlaqələr Bölməsinin müdiri Prof.Dr.Üçler BULDUK/Layihənin Türkiyə üzrə Elmi rəhbəri Ankara Universiteti, Dil ve Tarix, Coğrafiya Fakültəsi Gəncə Dövlət Universitetinin müəllimi Reyhan Mədətova Xəzər Universiteti |
(11:00- 12:30) | I.OTURUM (Çıxış müddəti 10 + 5 dəqiqədir) |
| OTURUM BAŞQANI: Ali Şamil Serkan KARAGÖZ Dede Korkut Hikâyelerinde İbadetler ve tapınmalar İsmail Sefa Urhan Dede Korkut Kitabında Bey Oğullarının Alp Kavramı Etrafında İncelenmesi Emine TEMEL Dede Korkut Hikâyelerinde Selcen hatun, Burla Hatun ve Banu Çiçek’in Alp Kadın Kavramı Altında İncelenmesi Mehmet Tufan KÖSEOĞLU Dede Korkut Nüshaları ve Türkmensahra Nüshası Ekseninde Salur kazan İncelemesi Aydan Quliyeva Dədə Qorqud Sovet dönəmində |
(12:30-13:00) | Fasilə |
(13:00-14:30)
| II. OTURUM (Çıxış müddəti 10 + 5 dəqiqədir) |
| OTURUM BAŞQANI: Prof.Dr.Üçler Bulduk Fatma Əliyeva Dədə Qorqud dastanlasrındakı atalar sözlərinin semantikası Emre GÜRBÜZ Dede Korkut ve Homerosun Bilge Kişiliklerinin Karşılaştırılması Elif Nur ERGÜZ Dede Korkut Hikâyelerinde Yemek Kültürü Doğukan TOSUN Dede Korkut Hikâyelerinde Sayılar ve Soyut Anlamları Sabir Hüseynov Dədə Qorqudu rəsm edərkən |
(14.30-15:00) | Qapanış toplantısı |