2019-cu il mayın 13-ü saat 10:00-da Xəzər Universitetində “Şərq tərəfdaşlığı” proqramının 10 illik yubileyi ilə əlaqədar olaraq, Rumıniyanın Azərbaycandakı səfirliyi ilə birgə “Şərq tərəfdaşlığı: gözləntilər, nəticələr və perspektivlər” mövzusunda panel müzakirəsi təşkil ediləcək. Panelin məruzəçiləri Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin idarə heyətinin sədri Dr. Fərid Şəfiyev, Avropa Siyasət Mərkəzinin aparıcı siyasi eksperti Paul İvan və Xəzər Universiteti İnkişaf Mərkəzinin direktoru Raziyə İsayeva olacaqlar.
Maraqlanan hər kəs tədbirdə iştirak edə bilər.