2019-cu il martın 11-dən 15-dək Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı və İctimai əlaqələr və media üzrə direktor Əlövsət Əmirbəyli Türkiyədə səfərdədirlər. Martın 11-də Erciyez Universitetində, martın 12-də Niğde Ömer Halisdemir Universitetində, martın 13-də Nevşehir Hacı Bektaşi Veli Universitetinde, martın 14-də Kapadokya Universitetində və martın 15-də Kahramanmaraş Sütçü İmam Universitetində resmi görüşlər olacaq və həmin universitetlərdə Hamlet İsaxanlının İstanbulda yeni çapdan çıxmış “Hazana övgü” şeirlər kitabının imza günü keçiriləcək.