2019-cu il martın 7-si 15:00-da Avropa Birliyi Araşdırmaları Mərkəzinin təşkilatçılığı ilə Çex Respublikasının Azərbaycandakı səfirinin müavini Daniel Putiklə Xəzər Universitetinin müəllim və tələbələrinin görüşü keçiriləcək. Görüş Xəzər Universitetinin “Neftçilər” kampusunda konfrans zalında (otaq 102N) olacaq.
Daniel Putik “Çex Respublikasının Avropa Birliyindəki rolu və Çexiya-Azərbaycan münasibətləri” mövzusunda çıxış edəcək.
Maraqlanan hər kəs dəvətlidir.