2019-cu il martın 2-si saat 8-də Beynəlxalq Tələbə Vahid Sağlamlıq Alyansı (ISOHA) 2019-ISOHA – “Vahid Sağlamlıqda kim kimdir” adlı qlobal veb-seminar keçirəcək.
Xəzər Universitetinin Həyat elmləri departamentinin PhD tələbəsi Moozhan Serpoush dünyanın bütün tələbələrini bu veb-seminarda iştirak etməyə və fikirlərini bölüşməyə dəvət edir.
Tədbir Beynəlxalq Tələbə Vahid Səhiyyə Alyansının İnternet səhifəsində dərc olunur. Daha çox məlumat və qeydiyyat üçün bu linkdən istifadə etmək olar:
Azərbaycanın bütün universitetlərinin, kolleclərinin və məktəblərinin tələbələri bu veb-seminarda iştirak etməyə dəvət olunurlar.