Xəzər Universitetinin tələbə və müəllim heyəti üçün Türkiyə universitetlərində təhsil almaq və pedaqoji fəaliyyətlə məşğul olmaq imkanı yaradan Mevlana mübadilə proqramına sənəd qəbulu başlamışdır. Maraqlanan namizədlər 2019-cu il fevralın 18-dən 25-dək müraciət formalarını dolduraraq Beynəlxalq əlaqələr şöbəsinə təhvil verməlidirlər.
Proqrama uyğunluq kriteriyaları haqqında məlumat üçün buraya daxil olun.
Müraciət formalarını əldə etmək üçün mevlana@khazar.org ünvanına yazmağınız və ya Beynəlxalq əlaqələr şöbəsinə (512-ci otaq) yaxınlaşmağınız xahiş olunur.