2019-cu il mayın 29-dan 31-dək Xəzər Universitetində (Bakı/Azərbaycan) Xəzər Universiteti, Rusiya Federasiyasının Yeni İqtisadiyyat Məktəbi (NES) və Ali İqtisadiyyat Məktəbi (HSE) ilə əməkdaşlıq çərçivəsində “Futbolun iqtisadiyyatı” beynəlxalq konfrans keçiriləcək. Konfransın əsas məqsədi futbol sənayesinin yüksək keyfiyyətli nəzəri və praktiki tədqiqatlara dəstək olmaq və alim və peşəkar mütəxəssislər arasında əməkdaşlığı inkişaf etdirməkdir.
Təşkilatçılar tədqiqatçılara təqdimat üçün sənədləri təqdim etməyə dəvət edirlər. Futbol sənayesinin iqtisadi, sosial və idarəetmə məsələlərini əhatə edən teorik və / və ya empirik tədqiqat materiallarını qəbul edirik.
Mövcud olan mövzular siyahısı:
Vacib tarixlər:
Abstrakt təqdimi (təxminən 3 səhifə): Fevral 28, 2019
Qəbul haqqında bildiriş: Mart 31, 2019
Tam sənədin təqdimi: Aprel 25, 2019.
Publikasiya: Seçilmiş məqalələr Web of Science tərəfindən indekslənən Xəzər Universitetinin Humanitar və Sosial Elmlər (KJHSS) Jurnalında dərc olunmaq için baxılacaq.
Konfransın iş dili ingilis dilidir. Konfrans və müraciət proseduru haqqında daha ətraflı məlumatı www.footballeconomics.ru saytında tapmaq olar və ya konfrans proqramı ilə əlaqədar Ali İqtisadiyyat Məktəbinin prorektoru (ddagaev@hse.ru) professor Dmitry Daqayevlə; təşkilati məsələlərlə bağlı Xəzər Universitetinin İqtisadiyyat və menecment fakültəsinin koordinatoru (bbaysal@khazar.org) Dr. Bahadır Baysalla əlaqə saxlamaq olar.