Vakansiya: Tam ştat müəllim axtarılır
Xəzər Universiteti Siyasi elm və beynəlxalq münasibətlər departamenti tam ştat müəllim vəzifəsinə vakansiya elan edir.
Tələblər:
- Siyasi elmlər/Beynəlxalq münasibətlər üzrə doktorluq dərəcəsi;
- İngilis dilində mükəmməl yazma və ünsiyyət qabiliyyəti;
- Tədqiqat bacarıqları;
- Departamentin fəaliyyət sahəsi üzrə ən azı 3 illik iş təcrübəsi;
- Təşkilati bacarıq, vaxt idarəçiliyi və yüksək səviyyəli ünsiyyət bacarıqları.
Əsas vəzifələr:
- Bakalavr və magistratura tələbələrinə təyin olunan fənlərin tədrisi;
- Universitet standartlarına cavab verən sillabusların hazırlanması;
- Dərslər, müzakirələr, tapşırıqlar kimi kurs materialların hazırlanması və planlaşdırılması;
- Departament koordinatoruna siyasi elmlər, beynəlxalq münasibətlər ilə bağlı dərsdən kənar tədbirlər təşkil etməkdə kömək etmək;
- Akademik araşdırma aparmaq və elmi jurnallarda dərc etdirmək;
- Departamentin koordinatoru tərəfindən təyin edilmiş bütün digər vəzifələri yerinə yetirmək.
Maraqlanan namizədlər öz CV-lərini bu E-mail ünvanına göndərə bilərlər: elmar.mustafayev@khazar.org. Müraciət edənlərin “Mövzu” hissəsinə vəzifənin adını (“Tam ştat müəllim”) qeyd etməsi tövsiyə olunur.