2018-ci dekabrın 21-i saat 14:00-da Xəzər Universitetinin Azərbaycan dili və ədəbiyyatı departamenti “Dünya ədəbiyyatını öyrənək” layihəsinə başlayır. Layihənin ilk təqdimatı əfqan əsilli Xalid Hüseynin “Çərpələng uçuran”, “Min möhtəşəm günəş” və “Dağlardan səda gəldi” adlı trilogiyası ilə universitetin konfrans zalında (otaq 102N) olacaq.
Təqdimatda AMEA-nın Azərbaycan-Asiya ədəbi əlaqələr şöbəsinin müdiri, f.e,d. professor Bədirxan Əhmədov, AMEA-nın dissertantı, əfqanşünas Günay İbrahimova, layihə rəhbəri Azərbaycan dili və ədəbiyyatı departamentinin müəllimi Qardaşxan Əzizxanlı, əfqanıstanlı oxucu Həvva Adle və Xəzər Universitetinin tələbələri çıxış edəcəklər.
Tədbirdə iştirak etmək istəyən hər kəs dəvətlidir.