2018-ci il noyabr 21-i saat 14:00-da Xəzər Universiteti İqtisadiyyat və menecment fakültəsinin Facebook Qlobal Rəqəmsal Müsabiqəsində (Peer to Peer Facebook Global Digital Challenge) layihəsində iştirak edən FIST (Females Inside Society Taboos) komandası “Qadının ailədə söz azadlığı və qadına qarşı zorakılıq” (“The role of women in society”) mövzusunda müzakirə keçiriləcək.
Tədbir Xəzər Universitetinin (“Neftçilər” korpusu) konfrans zalında (otaq 102N) təşkil olunacaq.
Maraqlanan hər kəs tədbirə dəvət olunur. İştirak etmək istəyənlərin bu vasitələrlə iştirakını təsdiq etməsi xahiş olunur:
Facebook: fb.com/@Fistp2P
Instagram: @fistp2p
E-mail: fistp2pproject@gmail.com.