2018-ci il noyabrın 20-si saat 10:00-da Xəzər Universiteti Elmi işlər üzrə prorektorluğu və İnkişaf Mərkəzinin təşkilatçılığı ilə Çikaqo Dövlət Universitetinin müəllimi, Fulbright professoru Nadim Fazalın təqdimatında “Elmi məqalənin oxunması –elm oxuma sənəti” adlı seminar keçiriləcək. Seminar universitetin “Neftçilər” kampusunda (otaq 401N) keçiriləcək.
Hər kəs seminara dəvətlidir. Tədqiqatçıların, PhD və magistrant tələbələrin iştirakı vacibdir.
Qeyd edək ki, bu təlim Erasmus Plus PETRA layihəsi (573630-EPP-1-2016-1-AZ-EPPKA2-CBHE-JP) çərçivəsində həyata keçirilir.