2018-ci il noyabrın 30-u saat 11:00-da Xəzər Universitetinin “Mərmər” zalında “Abaddon”, “Relslər üzərinə uzanmış adam” kimi kitabların müəllifi Rövşən Abdullaoğlu ilə görüş keçiriləcək. Yazıçı və psixoloq R.Abdullaoğlu tələbələrlə görüşdən sonra Khazar Store mağazasında kitablarını imzalayacaq.
Tədbir Khazar Store və Xəzər Universitetinin Kitab Klubu tərəfindən təşkil olunur.