2018-ci il noyabrın 26-sı saat 15:00-da Xəzər Universiteti İnkişaf Mərkəzi və Təlim-Tədris Mərkəzinin təşkilatçılığı ilə Təhsil fakültəsinin Fulbright Professoru Dr. Qaisar Sultananın (Təhsil Kolleci, Kentuki Universiteti, ABŞ) təqdimatında “Tələbə öyrənməsinin sinifdə qiymətləndirilməsi” adlı seminar keçirilməsi nəzərdə tutulur. Seminar “Neftçilər” kampusu Ömürboyu Təhsil Mərkəzində (Yeni Bina, 5-ci mərtəbə) keçiriləcək.
Maraqlanan hər kəs seminara dəvət olunur.
Qeyd edək ki, bu təlim Erasmus Plus PETRA layihəsi (573630-EPP-1-2016-1-AZ-EPPKA2-CBHE-JP) çərçivəsində həyata keçirilir.