2018-ci il noyabrın 6-sı saat 11:30-da British Council Azerbaijan-nın yeni təyin edilmiş direktoru Summer Xia Xəzər Universitetinin qonağı olacaq. Summer Xia Xəzər Universitetinin Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı ilə görüşərək, gələcək əməkdaşlıqlar və lahiyələr haqqında müzakirələr etməsi nəzərdə tutulur. Psixologiya departamentinin müəllimi Nilufər Əlizadənin təşkil etdiyi görüşdən sonra Summer Xia Xəzər Universitetinin tələbələri ilə görüşərək, onların suallarını da cavablandıracaq.