2018-ci il noyabrın 5-dən 7-dək Erasmus+ PETRA layihəsi (573630-EPP-1-2016-1-AZ-EPPKA2-CBHE-JP) çərçivəsində Xəzər Universiteti İnkişaf Mərkəzi və Təlim-Tədris Mərkəzinin təşkilatçılığı ilə layihənin idarəetmə görüşü və təlimlərin keçirilməsi nəzərdə tutulur. “Tədqiqat imkanları və təhsil prosesində İKT-dən istifadə” adlı təlimlər Azərbaycandan layihə tərəfdaşı olan universitetlərin əməkdaşları üçün keçiriləcək. Təlimlər tədqiqatın necə aparılması, tədqiqat metodları, ölkədə tədqiqatın vəziyyəti və tədqiqat imkanları kimi mövzuları əhatə etməklə, avropalı təlimçilər tərəfindən veriləcək.
Maraqlanan hər kəs təlimlərdə iştirak edə bilər. Tədqiqatçıların, PhD və magistr tələbələrinin təlimlərdə iştirakı xüsusilə vacib və arzu olunandır. Təlimlərdə iştirak etmək istəyənlərdən ubayramova@khazar.org (Ülkər Bayramova) e-mail ünvanına yazmaqla, iştirakını təsdiq etməsi xahiş olunur.
Tədbirin gündəliyini bu link vasitəsilə yükləyə bilərsiniz.