2018-ci il noyabrın 5-dən 7-dək Erasmus+ PETRA layihəsi (573630-EPP-1-2016-1-AZ-EPPKA2-CBHE-JP) çərçivəsində Xəzər Universiteti İnkişaf Mərkəzi və Təlim-Tədris Mərkəzinin təşkilatçılığı ilə layihənin idarəetmə görüşü və təlimlərin keçirilməsi nəzərdə tutulur. “Tədqiqat imkanları və təhsil prosesində İKT-dən istifadə” adlı təlimlər Azərbaycandan layihə tərəfdaşı olan universitetlərin əməkdaşları üçün keçiriləcək. Təlimlər tədqiqatın necə aparılması, tədqiqat metodları, ölkədə tədqiqatın vəziyyəti və tədqiqat imkanları kimi mövzuları əhatə etməklə, avropalı təlimçilər tərəfindən veriləcək.