2018-ci il oktyabrın 25-i saat 10:30-da siyasətşünas, İsveçrə Elmi Şurasının üzvü Dr. Wolf Linder “İsveçrə birbaşa demokratiya modeli və Aİ-İsveçrə münasibətləri” adlı mühazirə ilə Xəzər Universitetində çıxış edəcək. Mühazirə universitetin “Neftçilər” kampusundakı konfrans zalında (otaq 102N) keçiriləcək.
Maraqlanan hər kəs mühazirədə iştirak edə bilər.