2018-ci il oktyabrın 19-da Psixologiya Elmi Tədqiqat İnstitutunun Beynəlxalq Təlim Mərkəzinin rəhbəri və TEDx Spiker-i Orxan Şahbaz Xəzər Universitetində “Beynin inkişafı və idarəsi” mövzusunda təlim keçəcək. O.Şahbaz bu gunə qədər Macarıstan, Serbiya və İsveçrə kimi ölkələrdə seminar və təlimlər ilə çıxış etmişdir. Psixologiya departamentinin müəllimi Nilufər Əlizadə tərəfindən təşkil olunacaq təlim Xəzər Universitetinin tələbələri üçün nəzərdə tutulur.
Maraqlanan hər kəs dəvət olunur.