2018-ci il oktyabrın 11-i saat 10:00-da Xəzər Tədqiqata Dəstək Mərkəzinin 2018/2019-cu akademik il üçün ilk tədqiqat seminarı keçirələcək. Dəvət edilmiş məruzəçi Çikago Dövlət Universitetinin professoru Nadeem Fazal “Konfrans və ya məqalə üçün elmi xülasəni necə yazmalı” mövzusunda seminar/təlim verəcək.
Seminar Xəzər Universitetinin “Neftçilər” kampusunun konfrans zalında (otaq 102N) keçiriləcək.
Hər kəs dəvətlidir. Ph.D. və magistr tələbələrin seminarda iştirakı ciddi şəkildə tövsiyə olunur.
Professor Nadeem Fazal haqda məlumatı bu linkdən əldə edə bilərsiniz.