2018-ci il oktyabrın 19-da Erasmus+ “Universitetdə miqrasiya təhsilinin təşviqi” (PROMIG, 573554-EPP-1-2016-1-GE-EPPKA2-CBHE-JP) layihəsi çərçivəsində Xəzər Universitetində İqtisadiyyat və menecment fakültəsinin və İnkişaf Mərkəzinin təşkilatçılığı ilə “Miqrasiya və Davamlı İnkişaf” mövzusunda bir günlük məlumatlandırıcı konfrans keçiriləcək. Konfransda Xəzər Universiteti və Bakı Mühəndislik Universitetinin müəllimləri və tələbələri, Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyinin mütəxəssisləri təqdimatlarla çıxış edəcək və miqrasiya sahəsində apardıqları tədqiqatların nəticələrini iştirakçılarla bölüşəcəklər.
Tədbir layihədə həyata keçirilmiş işlərin geniş ictimaiyyətə çatdırılması məqsədini daşıyır. Adıçəkilən konfransda hazırda Xəzər Universitetinin tərəfdaş olduğu digər iki Erasmus+ layihələri haqqında da məlumat veriləcək.