2018-ci il oktyabrın 4-ü saat 10:00-da Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin Birinci müşaviri Denis Daniilidis “Avropa İttifaqı xarici siyasətinin aktorları” adlı mühazirə ilə Xəzər Universitetində çıxış edəcək. Mühazirə Xəzər Universitetinin “Neftçilər” kampusundakı konfrans zalında (otaq 102N) baş tutacaq.
Maraqlanan hər kəs mühazirədə iştirak edə bilər.