Xəzər Universitetinin Kitabxana-İnformasiya Mərkəzi kitabxana işçilərinə yardım etmək üçün vaxtı və həvəsi olan könüllülər axtarır. Əgər Siz özünüzü gərgin iş rejimində sadiq, çalışqan və etibarlı bilirsinizsə, bizimlə çalışa bilərsiniz.
Könüllülərdən tələb olunur:
1. 3-cü və ya 4-cü kurs tələbəsi olmaları;
2. Kompüter bacarıqlarının yaxşı olması.
Xəzər Universitetinin Kitabxana-İnformasiya Mərkəzində Sizi gözləyirik.
Bizə qoşulun. Birlikdə gələcəyi quraq!