2019-cu il aprelin 17-si saat 12:00-da Xəzər Universitetinin konfrans zalında (otaq 102N) Türkiyənin Kastamonu Universitetinin professoru Vüsalə Musalı tərəfindən “Klassik Azərbaycan ədəbiyyatını niyə və necə öyrənməli?” adlı seminar keçiriləcək.
Seminarda klassik Azərbaycan ədəbiyyatının öz dövründəki məqsədi və s məsələləri açıqlanacaq və əruz, şeirlərin vəznlərinin tapılması metodları, ədəbi sənətlər baradə geniş məlumat veriləcək.
Seminara Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə təhsil alan bütün tələbələr və arzu edənlər dəvətlidir.