2018-ci il iyunun 11-i saat 16:00-da Xəzər Universitetinin İqtisadiyyat və menecment fakültəsinin “The Same” komandası, universitetin Dizayn departamenti və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə birgə elan etdiyi “Sənin baxışın” adlı rəsm müsabiqəsinin yekun tədbiri Xətai Sənət Mərkəzində (Ünvan: Xətai rayonu, Xocalı prospekti, 62) keçiriləcək. 45-dən artıq rəsm əsərinin nümayiş olunacağı sərgidə Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı və bir neçə xalq rəssamı çıxış edəcəklər. Münsiflər heyətinin müəyyən etdiyi qaliblərə hədiyyələr veriləcək.
Maraqlanan hər kəs dəvətlidir.