Öz istedadına güvənirsən?! O zaman THE SAME komandasının təşkil etdiyi rəsm müsabiqəsinə qoşul!
Həvəskar və peşəkar gənclər arasında rəsm müsabiqəsi elan edirik.
İrqçilik, irqçilyə səssiz qalma və irqçi onlayn nifrət mesajları mövzusunda müxtəlif janrlarda rəsm və ya rəsmlər çək və çəkdiyin əsəri və ya əsərləri iyunun 4-nə qədər Xəzər Universitetinin “Neftçilər” kampusuna (Məhsəti küç., 41) təhvil ver.
Əsərlər Xətai Sənət Mərkəzində böyük konsert tədbiri ilə nümayiş olunacaq və seçilən əsərlər mükafatlandırılacaq.
Əlavə məlumat üçün bizə yaza və ya Whatsapp vasitəsilə əlaqə saxlaya bilərsiniz: (+99455) 327 5447