Xəzər Universiteti Mühəndislik və Tətbiqi Elmlər fakültəsi Kompüter elmləri və kompüter mühəndisliyi departamenti 2019-cu il yaz semestri dövründə tam ştat və ya yarım ştat əsaslarla müəllimlər axtarır. Axtarılan namizədlərdən bu siyahıda göstərilən fənlərin tədrisi tələb olunur:
Kompüter elmləri, kompüter mühəndisliyi sahələrində magistr və ya doktorluq dərəcəsi almış azərbaycanlı şəxslər müraciət edə bilərlər. Maraqlananlar öz CV-lərini göstərilən bu ünvanlara göndərmələri rica olunur: msharifov@khazar.org, falimardanova@khazar.org.
Son müraciət tarixi 2019-cu il yanvarın 21-dir.