Xəzər Universiteti Psixoloji Xidmət Mərkəzi “Uşaqlarda davranış pozuntuları və həll yolları” kursu elan edir. Kurs bir ay davam edəcək və kursun sonunda iştirakçılara sertifikat təqdim olunacaq. Kursda uşaqlarda müşahidə olunan davranış pozuntularının yaranma səbəbləri, həll yolları, məktəb müəllimlərinin və valideynlərin düzgün yanaşma tərzləri və s. öyrədiləcək.
Kurslar interaktiv, iştirakçıyönümlü olacaq.
Kursu İngiltərənin Koventri Universitetinin məzunu psixoloq Nilufər Əlizadə aparacaq.
Əlavə məlumat almaq üçün:
Telefon: (050) 686-88-14; E-mail: nalizada@khazar.org