2018-ci il mayın 15-i saat 14:00-da Xəzər Universiteti İqtisadiyyat və menecment fakültəsinin təşkilatçılığı ilə şəhər mərkəzindəki kampusda (Bəşir Səfəroğlu, küç. 122) “İnnovasiya və liderlik” mövzusunda seminar keçiriləcək. Seminarı keçirmək üçün “Rocheston” MMC şirkətinin (Nyu York) prezidenti və baş icraçı direktoru cənab Haja Mohideen dəvət edilmişdir. Seminar biznes innovasiyası, düşüncənin dizaynı, nəticəni dəyişəcək ideyalar, yeni yaradılmış şirkətlər, ətrafda olan avadanlıqların internet ilə birinə qoşulması (Internet of things), əqli mülkiyyət hüquqları və patentlər kimi mövzuları əhatə edəcək.
Maraqlananlar bu e-mail (bbaysal@khazar.org) vasitəsilə İqtisadiyyat və menecment departamentinin koordinatoru Dr Bahadır Baysal ilə əlaqə saxlaya bilərlər.