2018-ci il mayın 17-si saat 12:00-da Xəzər Universitetində tədqiqata dəstək məqsədi ilə növbəti seminar/təlim keçiriləcək. Dəvət edilmiş məruzəçi fizika və riyaziyyat elmləri üzrə fəlsəfə doktoru İsmayıl Qafarov “Elmi tədqiqatlar və məlumatların təhlili sahəsində effektiv statistik metodlar” mövzusunda praktiki təlim (workshop) keçirəcək. Dr. İsmayıl Qafarov Azərbaycan Tibb Universitetinin Tibbi fizika və informatika kafedrasının baş müəllimidir.
Seminar Xəzər Universitetində “Neftçilər” kampusunun Azercell otağında (otaq 314) keçiriləcək.
Hər kəs dəvətlidir. Ph.D. və magistr tələbələrin seminarda iştirakı ciddi şəkildə təşviq olunur.