2018-ci il mayın 7-də Avrasiya Universitetlər Birliyinin İdarə Heyətinin üzvü, Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlının 70 illik yubileyi münasibətilə İstanbul Aydın Universitetində tədbir keçiriləcək. Yubiley günündə elmi əsərləri olan müxtəlif kitablardan, alimin həyatı və yaradıcılığından, şeir kitablarından və fotoşəkillərdən bağlı ibarət sərgi keçiriləcək.
Yubiley professor Hamlet İsaxanlının çıxışı, tədbirdə iştirak edən görkəmli alim və qonaqların təbrikləri ilə yekunlaşacaq.